BAKU Azərbaycan
13.03 °C

Azərbaycanda bir dolları 20 min manata alırlar - KÜTLƏVİ SATIŞ...VİDEO

Son günlər 1 dollarlıq əskinaslar elan saytlarında kütləvi satışa çıxarılıb.

Müxtəlif illərdə dövriyəyə buraxılan əskinasların dəyəri 100-20 min manat arasında dəyişir.

 

İddialara görə, sözügedən əskinasların kütləvi satışa çıxarılmasına səbəb məşhur iş adamı İlon Maskın tviterdəki paylaşımı olub. O, 2013-cü ildə tədavülə buraxılmış bir dolları məşhur kriptovalyuta olan bitkoinlə dəyişəcəyini bildirib.

 

Elan saytları vasitəsilə bir dollarlıq əskinaslarını satışa çıxaran bir neçə nəfərdən bunun səbəbini soruşduq.

 

 

Məsələni şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, bu tendensiyanın heç bir iqtisadi əsası yoxdur.

 

Ekspert hesab edir ki, bir dollarlıq əskinas az olduğundan bəzi iş adamları buna simvolik dəyər verirlər.