BAKU Azərbaycan
14.03 °C

Xristian dini icmasının rəhbəri: “Qarabağda Pasxa bayramını qeyd etmək çox vacibdir”

“Bu gün çox vacib və əhəmiyyətli bir gündür. İşğaldan azad edilmiş ərazilərdə Pasxa bayramını qeyd etmək üçün Qarabağa gəlmişik”.

Gazette az xəbər verir ki, bunu “Alov” xristian dini icmasının rəhbəri İdris Məmmədov Hadrutda jurnalistlərə bildirib.

“Bayramı məhz burada qeyd etmək bizim üçün çox vacibdir”, - o deyib.

Xatırladaq ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Pasxa bayramı münasibətilə ölkənin xristian dini icmaları nümayəndələri Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsinə gəliblər.