BAKU Azərbaycan
15.03 °C

Samir Şərifov: “Dünya Bankı Qarabağda yenidənqurmaya güzəştli kredit verə bilər”

Dünya Bankı Azərbaycana Qarabağda yenidənqurma işlərinin görülməsi üçün güzəştli şərtlərlə kredit ayıra bilər.

Gazette az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş və bu ilin I rübünün yekunlarına həsr olunmuş müşavirədə bildirib.

“Dünya Bankı bu gün bizə xüsusi şərtlər təklif edir. Biz onlarla növbəti ilin ortalarına qədər tam razılığa gəlsək, o şərtləri əldə edə bilərik. Yəni, onlar bizim Qarabağın yenidən qurulması proseslərini nəzərə alaraq, belə bir qərar qəbul ediblər ki, bizə güzəştli şərtlərlə kreditlər verə bilərlər. Bu şərtlər çərçivəsində bizə lazım olan layihələri seçə bilərik. Yəni elə layihələr var ki, məsələn, avtomobil yollarının tikintisi, biz onlara xarici komponentli valyutanı cəlb etməməliyik. Amma biz layihələri seçərkən istənilən halda valyuta xərclərimizi nəzərə almalıyıq. Yəqin ki, bu məqsədlər üçün biz vəsait cəlb edə bilərdik", - deyə o, qeyd edib.