AQTA yanında İctimai Şura istehlakçılara və sahibkarlara müraciət ünvanlayıb

“Məlumdur ki, Ramazan ayında oruc tutan insanların qida qəbulu fərqlidir. Oruc tutan insanların imsakdan sonra gün ərzində uzun müddət qida qəbul etməməsi səbəbindən onların balanslı və keyfiyyətli qidalanmaya üstünlük vermələri tövsiyə olunur. Beləliklə, insan orqanizminin ehtiyacı olduğu qidaların balanslı şəkildə qəbulu çox mühüm amillərdən biridir”.

Gazette az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın sədri Nazim Səfərovun Ramazan ayı ilə əlaqədar istehlakçılara və sahibkarlara ünvanladığı müraciətində yer alıb.

Şura sədri Ramazan ayında oruc tutan hər kəsi qida rasionuna diqqət yetirməyə, qidalanma ilə bağlı AQTA və Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməyə çağırıb:

“İmsak və iftar üçün qidalar alarkən onların yararlılıq müddətinə və saxlanma şəraitinə diqqət yetirməyiniz vacibdir. Xüsusilə, ət və ağartı məhsulları alarkən daha da diqqətli olmaq lazımdır”.

N.Səfərov həmçinin sahibkarları da bu müqəddəs ayda daha həssas olmağa çağırıb:

“Əlbəttə, siz sahibkarlar ilin bütün aylarında müştərilərə və istehlakçılara keyfiyyətli məhsul təqdim etməlisiniz. Ramazan ayında oruc tutan insanların gün batana qədər qida qəbul etməməsini, habelə kütləvi iftar mərasimlərinin keçirilməsini nəzərə alaraq istehsal etdiyiniz və təqdim etdiyiniz məhsullara daha da həssas yanaşmağınızı xahiş edirəm”.

“Allah tutduğunuz orucu qəbul etsin, xalqımıza sağlamlıq, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”, - Şura sədri əlavə edib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR