BAKU Azərbaycan
16.03 °C

Sahibkarlığın İnkişafı Fondunda operativlik məqsədilə işçi qrup yaradılacaq

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunda (SİF) müvəkkil kredit təşkilatlarının nümayəndələrinin suallarının operativ cavablandırılması məqsədilə işçi qrup yaradılacaq.

Gazette Az SİF-ə istinadən xəbər verir ki, bununla bağlı qərar Fondun kredit təşkilarlarının nümayəndələrinin və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin iştirakı ilə təşkil etdiyi onlayn görüşdə qəbul edilib.

Görüşdə kredit təşkilatları ilə güzəştli kredit əldə etmək istəyən sahibkarlar arasında daha sıx əlaqə yaradılması imkanları müzakirə olunub. Fondun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev qurumun builki prioritet istiqamətləri, kredit təşkilatlarından gözləntiləri təqdimatla çıxış edib, aqrar sektorun inkişafının təmin edilməsi baxımından güzəştli kreditlərin verilməsində emalyönümlü layihələrə üstünlük verilməsinin zəruriliyini vurğulayıb.