"Qızıl" dekoru olan BMW X2 krossoveri peyda olub

BMW şirkəti X2 kross-kupesinin xüsusi versiyasının buraxılacağını bəyan edib. Yeni versiya Edition GoldPlay adlanır, onun əsas cəhəti isə, eksteryer və interyerdəki Galvanic Gold rəngli çoxsaylı dekor elementləridir.

Xüsusi modifikasiya standart olaraq M Sport paketi, hündürülüyü bir santimetr azaldılmış M-asqısı və idman oturacaqları ilə təchiz edilir. Bundan başqa, X2 Edition GoldPlay modeli 10 modifikasiyada əlçatandır - çeşidə beş benzin və beş dizel mühərriki daxildir.

Gazette Az autograph.az-a istinadən bildirir ki, qızılı Galvanic Gold haşiyələri ilə krossoverin radiator barmaqlığını, təkər disklərini (19 və ya 20 düymlük) yan güzgülərin gövdələrini və kandarlarını bəzəyirlər. Kross-kupenin xüsusi seriyaya məxsus olduğunu Edition GoldPlay yazıları nümayiş etdirirlər.

Qızılı haşiyələr salonda da var: oturacaqlarda qızılı rəngli tikişlər peyda olub, eyni rəngli ornamentləri cihazlar paneli, mərkəzi konsol, dirsəkaltı və qapı kartlarında görmək mümkündür. Bundan başqa, kross-kupe xüsusi tünd-yaşıl San Remo rənginə boyanır. Lakin digər rənglərdən də seçmək olar.

Geniş modifikasiya çeşidinə 306 at qüvəli M35i versiyası da daxildir, ən əlçatan modifikasiyalar isə önötürməli X2 sDrive18i və X2 sDrive17d versiyaları olacaqlar. Əlbəttə ki, 220 at qüvvəli hibrid güc qurğusu və təkrar doldurulma funksiyası olan X2 xDrive25e hibridini də yaddan çıxarmaq lazım deyil.

X2 Edition GoldPlay modelinin standart təchizatına beşinci qapının elektrik ötürməsi, ikizonalı klimat-kontrol, loqotipin proyeksiyası, kruiz-kontrol və arxa pakrlama vericiləri daxildir. Əlavə ödəniş qarşılığında matriya fənərləri və proyeksiya displeyini quraşdırmaq olar.

BMW X2 Edition GoldPlay modelinin Avropadakı satışlarına mart ayında başlanacaqdır. Çox güman ki, BMW şirkətinin yerli nümayəndəsi belə krossoverə tələb olarsa, sifariş əsasında onu çatdırmağa hazırdır.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR