
Reklam
05 Mart 2022, 13:16
603
SON DƏQİQƏ: Qərar verildi - ABŞ Polşaya 250 ədəd "Abrams" tankı göndərir
ABŞ Konqresi Polşaya 250 ədəd "Abrams" tankının satılmasına razılıq verib.
Gazette Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak tviterdəki paylaşımında yazıb.
O bildirib ki, Konqresin təsdiqi satınalma haqqında müqavilənin imzalanmasından əvvəl sonuncu mərhələdir: “Bu, silah alışı ilə bağlı son illərin ən vacib müqaviləsidir”.
Söhbət “Abrams” tanklarının ən yeni “M1A2 SEPv3” versiyasından gedir. Müdafiə Nazirliyi bu tankları ölkənin şərq sərhəddində yerləşdirməyi planlaşdırdığını açıqlayıb.
Xatırladaq ki, daha əvvəl bir qrup ABŞ senatoru Polşaya 6 milyard ABŞ dolları dəyərində “Abrams” tanklarının tədarükünün sürətləndirilməsi ilə bağlı Prezident Cozef Baydenə müraciət edib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





