
Reklam
02 Mart 2022, 20:55
589
Rus ordusu yolu bağlayan mülki əhalini atəşə tutdu - "Onlar üçün artıq heç bir insani dəyər əhəmiyyət kəsb etmir"...VİDEO
Martın 1-də rus qoşunları Zaporojye AES-in yerləşdiyi Zaporojye vilayətinin Enerqodar şəhərinə yaxınlaşıb.
Gazette Az xəbər verir ki, şəhərin meri Dmitri Orlovun sözlərinə görə, şəhər sakinləri hərbi kolonnanın şəhərə daxil olmasının qarşısını almaq üçün yola çıxıblar.
Bu səhər rus qoşunları yenidən Enerqodara doğru irəliləyib. Stansiya əməkdaşları bələdiyyə sədrinin çağırışı ilə danışıqlar aparmaq üçün şəhərin girişindəki keçid məntəqəsinə gediblər.
Merin sözlərinə görə, görüş uğurla keçib.
“Görüş baş tutdu. Mövqe bildirdik ki, AES və şəhər etibarlı mühafizə altındadır. Sakinlər onları bir addım belə şəhərə buraxmayacaqlar. Dinləyib rəhbərliyə hesabat verməyə getdilər. Növbəti görüş saat 15:00-da eyni yerdə olacaq”, - Orlov yazıb.
(oxu.az)
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





