
Reklam
19 Fevral 2022, 10:08
500
Ukrayna Donbass üzrə təmas qrupunun növbədənkənar iclasının baş tutmadığını bildirib
Donbasda münaqişənin nizamlanması üzrə təmas qrupunun cümə gününə planlaşdırılan fövqəladə iclası baş tutmayıb.
Gazetteaz Trend-ə istinadən xəbər verir ki, bu barədə təmas qrupundakı Ukrayna nümayəndə heyətindən bildiriblər.
"Ukraynanın Üçtərəfli Təmas Qrupundakı nümayəndə heyəti bildirir ki, ATƏT-in ÜTQ-dəki koordinatorunun təşəbbüsü ilə 18 fevral 2022-ci il tarixində saat 18:00-da çağırılan ÜSQ-nin növbədənkənar iclası təəssüf ki, baş tutmamışdır", - deyə açıqlamada deyilir.
Bildirilir ki, iclas Rusiya tərəfinin imtina etməsi səbəbindən baş tutmayıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





