
Reklam
16 Fevral 2022, 23:42
506
G7 ölkələrinin XİN rəhbərlərinin Ukrayna ilə bağlı təcili görüşü keçiriləcək
Bu həftə Almaniyada “Böyük yeddilik” (G7) ölkələrinin XİN rəhbərlərinin Ukrayna ilə bağlı təcili görüşünün keçirilməsi planlaşdırılıb.
Gazetteaz TASS-a istinadən xəbər verir ki, G7 ölkələrinin XİN rəhbərlərinin görüşü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək.
Xatırladaq ki, 18-20 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında 35 dövlət və hökumət başçısı iştirak edəcək. Tədbirdə ABŞ-ı vitse-prezident Kamala Harris və dövlət katibi Entoni Blinkenin təmsil edəcəyi, Almaniya nümayəndə heyətinə kansler Olaf Şoltsun rəhbərlik edəcəyi gözlənilir.
Konfransda həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı planlaşdırılır.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





