BAKU Azərbaycan
16.03 °C

Yevlaxda kişi arvadını və qohumunu güllələyib, ölən var

Yevlaxda kişi arvadını öldürüb, qohumuna xəsarət yetirib.

Hadisə rayonun Hacıselli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Mehdi Qarayev həyat yoldaşı Elnarə Qarayevaya münaqişə zəminində odlu silahdan atəş açaraq onu qətlə yetirib.

Daha sonra M.Qarayev qohumu İldırım Qarayevə də atəş açıb. Nəticədə İ.Qarayev xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

M.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.