BAKU Azərbaycan
18.03 °C

Dünya bazarlarında qızıl cüzi bahalaşıb

Risk əhval-ruhiyyəsinin olmaması qızılın bahalaşmasına səbəb olub. İnvestorlar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) monetar siyasəti sərtləşdirəcəyini gözləyirlər.

Gazetteaz birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,2 %, yaxud 3,45 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 811,35 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 1,41 % artaraq, 1 unsiyası 22,793 ABŞ dolları təşkil edib.

ABŞ-da əmək bazarı ilə bağlı hesabatın açıqlanması qiymətli metalın dəyərinə təsir edib. Belə ki, yanvar ayında ölkədə işsizlik səviyyəsi 4 % təşkil edib, iqtisadiyyatın qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı isə 467 min nəfər artıb.

 

 

report