BAKU Azərbaycan
17.03 °C

Xocavənddən ACI XƏBƏR: 16 nəfər yaralı təcili Bakıya gətirildi

Gazetteaz xəbər verir ki, bu gün Xocavənddə faciəvi hadisə baş verib.

Belə ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.

Füzuli rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, ilkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.