Aİ Komissarı: “SGC Məşvərət Şurası Avropaya qaz nəqlinin artırılmasını müzakirə etməyə imkan verir”

“Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı Avropaya qaz nəqlinin artırılmasını müzakirə etməyə imkan verir”.

Bunu açıqlamasında Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.

Onun sözlərinə görə, tədarük həcmləri ilə bağlı müxtəlif qiymətləndirmələr mövcuddur. Bununla belə, o bildirib ki, ümumilikdə, o cümlədən Azərbaycan tərəfdən həcmlərin artırılması üçün müəyyən addımlar atıla bilər.

“Hazırda bizim fəaliyyətdə olan boru xəttimiz var, lakin o, yalnız yayın əvvələrində tam gücü ilə işə salınacaq. Onun vasitəsilə Avropaya 10 milyard kubmetr qaz nəql etmək mümkün olacaq”, - o bildirib.

Xatırladaq ki, fevralın 4-ü Bakıda SGC Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də toplantıda iştirak edib. Tədbirə həmçinin enerji şirkətlərindən BP, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, “Fluxys”, ICGB, “Romgaz”, SACE, SGC, “Enagas”, “Uniper”, “TotalEnergies”, “Equinor”, “Lukoil”, maliyyə təsisatlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər qurumların, habelə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirklətlərinin nümayəndələri qatılıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR