BAKU Azərbaycan
18.03 °C

Avropada təbii qazın qiyməti 2,6 % artıb

Avropada qazın qiyməti min kubmetr üçün 970 ABŞ dolları səviyyəsinə çatıb.

Gazetteaz Londonun ICE birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın mart fyuçerslərinin qiyməti min kubmetr üçün 975 ABŞ dolları səviyyəsinədək yüksəlib.

Bununla da, ümumi qiymət artımı 2,6% təşkil edib.

Qiymət dəyişikliyi Rusiyanın “Qazprom” şirkətinin Ukrayna ərazisindən tranzit edilən qazın nominasiyasını azaltması fonunda baş verir. Belə ki, fevralın 1-i Ukrayna ərazisindən 107,7 milyon kubmetr qaz ötürülmüşdüsə, bu göstərici getdikcə azalaraq, fevralın 4-ü 73 milyon kubmetr təşkil edib.

 

report