BAKU Azərbaycan
19.03 °C

“Trendyol” əməkdaşları etiraz aksiyası keçirdi

Türkiyənin ən böyük alış-veriş saytı hesab olunan "Trendyol"un çatdırılma xidməti "Trendyol Express"in əməkdaşları etiraz aksiyası keçirib.

Gazetteaz "qafqazinfo"-ya istinadən xəbər verir ki, şirkətin əməkdaşları aşağı maaş artımı səbəbindən aksiya keçirməyə qərar verib.

İki günlük tətil elan edən işçilər ölkədə qeyri-sabit hava şəraitinə baxmayaraq, "Trendyol"un baş ofisinin önündə toplaşıblar.

Bildirilir ki, "Trendyol" "Trendyol Ekspres" işçilərinin maaşlarını cəmi 11 faiz artırıb. İşçilərin aksiyası sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.