Ceyhun Bayramov: "ATƏT postmünaqişə reabilitasiya sahəsində prosesə töhfə verə bilər”

“Təxminən 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi başa çatıb” - bunu Xarici işlər naziri Ceyhun Bayramov Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, ATƏT postmünaqişə sahəsindəki təcrübəli alətləri vasitəsi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan reabilitasiya prosesinə töhfə verə bilər.

“Nazirlər Şurasının iclası Ermənistan və Azərbaycan arasında silahlı münaqişəyə son qoyan və davamlı sülhün bərqərar olması üçün paramentrləri təyin edən Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanmasının 1-ci ildönümünə təsadüf edir. Bu bəyanat xüsusilə də regiondakı nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 2021-ci ilin 11 yanvarında imzalanmış üçtərəfli bəyanatla daha da tamamlandı. Təxminən 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Münaqişədən dərhal sonra Azərbaycan praktiki olaraq azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti işlərinə başladı. Təkcə bu il dövlət büdcəsindən bu məqsədlə 2,2 milyard manat ayrılıb. Biz artıq avtomobil yolları və hava limanları kimi infrastruktur obyektlərinin tikintisini tamamlamışıq. İşğal zamanı vandalizmə məruz qalmış, korlanmış, mədəni-dini abidələr hazırda yenidən tikilir və bərpa edilir. İşğalın izləri aradan qaldırılır və normal həyata qayıdış davam edir. ATƏT postmünaqişə reabilitasiya sahəsində öz təcrübəli və əlçatan alətləri ilə bu prosesə töhfə verə bilər”.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR