BAKU Azərbaycan
20.03 °C

Agentlik: Buster doza "Peyvənd sertifikatı"nın müddətinə təsir etmir

COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli 371 nömrəli qərarına əsasən, “Peyvənd sertifikatı” müddətsizdir. 3-cü dozanın (buster doza) vurulması sertifikatın müddətinə təsir etmir.