BAKU Azərbaycan
14.03 °C

Kabildə avtobus partladılıb, 6 nəfər ölüb, 7 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabilin qərbində yerləşən Dəşti-Bərçi məntəqəsində mikroavtobusda partlayış törədilib.

Hadisə nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb.

Terror aktına görə hər hansısa qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, partlayışın baş verdiyi ərazidə məskunlaşmış şiə məzhəbli həzəra etnik azlığı son dövrlərdə İŞİD terror qruplaşmasının təkrarlanan hücumlarının hədəfinə çevrilib.