BAKU Azərbaycan
14.03 °C

Çexiya prezidenti hökumətin istefasını təsdiqləyib

Çexiya Prezidenti Miloş Zeman Baş nazir Andrey Babişin rəhbərlik etdiyi hökumətin istefasını təsdiqləyib.

Bu barədə prezidentin mətbuat katibi İrji Ovçaçek özünün sosial şəbəkə hesabında məlumat verib. Ovçaçek bildirib ki, dövlət başçısı konstitusiyaya uyğun şəkildə hökumətin istefasını qəbul edib.

Qeyd edək ki, hökumət 8-9 oktyabr tarixlərində keçirilən seçkilərin nəticələrinə əsasən istefa verib.