BAKU Azərbaycan
12.03 °C

DÇ-2022: Azərbaycan - Lüksemburq matçı başlayıb

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan yığması Lüksemburq komandası ilə qarşılaşır.

Bakı vaxtı ilə saat 21:00-da başlayan oyunu Avstriyadan olan hakimlər briqadası idarə edir.

Bir qədər əvvəl komandaların start heyətləri açıqlanıb.

Azərbaycan millisinin heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev, Tellur Mütəllimov, Anton Krivotsyuk və Filip Ozobiç yer alıblar.

Lüksemburq komandasının start heyətinə isə Ralf Şon, Maksim Şano, Kristofer Martins, Danel Sinani, Jerson Rodrigeş, İvandro Borges, Dirk Karlson, Olivye Til, Leandro Barreyro, Mika Pinto və Loran Yans daxil edilib.