BAKU Azərbaycan
17.03 °C

Binəli Yıldırım "Yaşat" Fonduna ianə edib

Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım bu gün nümayəndə heyəti ilə "Zəfər Yarmarkası"nı ziyarət edib.

Ziyarət çərçivəsində sabiq nazir yarmarkada nümayiş etdirilən hərbi texnika və satış mərkəzləri ilə tanış olub. Ona "Zəfər Yarmarkası"nın əhəmiyyəti və məqsədi barədə ətraflı məlumat verilib. Ziyarət zamanı Binəıi Yıldırım "Yaşat" Fonduna 1000 manat ianə edib.

Qeyd edək ki, oktyabrın 29-da başlayan yarmarka noyabrın 9-dək davam edəcək. Yarmarkadan əldə edilən gəlir "Yaşat" Fonduna ianə olunacaq.