BAKU Azərbaycan
21.03 °C

“Tottenhem”in yeni baş məqşçisi Antonio Konte olub

İngiltərənin “Tottenhem” futbol klubunun klubu yeni baş məşqçisi müəyyənləşib.

Klubun yaydığı məlumata görə, komandanı bundan sonra italiyalı Antonio Konte çalışdıracaq. Təcrübəli mütəxəssislə 2023-cü ilin yayınadək müqavilə imzalanıb. Konte bu vəzifədə istefaya göndərilmiş Nunu Eşpiritu Santunu əvəzləyib.

Qeyd edək ki, A.Konte İtaliya millisi ilə yanaşı “Syena”, “Arezzo”, “Bari”, “Atalanta”, “Yuventus”, “Çelsi” və “İnter” klublarını çalışdırıb. O, “Yuventus” ilə 3 dəfə İtaliya çempionatının, 2 dəfə İtaliya kubokunun, “Çelsi” komandası ilə İngiltərə Premyer Liqasının və FA Kubokunun, “İnter”in sükanı arxasında isə İtaliya A Seriyasının qalibi olub.