BAKU Azərbaycan
20.03 °C

Serxio Aquero karyerasını bitirmək təhlükəsi ilə üzləşib

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Serxio Aqueronun cari durumu açıqlanıb.

Verilən məlumata əsasən, 33 yaşlı hücumçunun ürəyində ciddi problem aşkarlanıb. 

La Liqada 12-ci turda “Barselona”nın heyətində “Alaves”ə qarşı keçirilən matçın 41 dəqiqəsində əlini sinəsinə qoyaraq narahatlıq hiss edən və bu səbəbdən Koutinyoyla əvəzlənən forvardın xəstəxanadakı müayinələrdən sonrakı vəziyyəti heç də ürəkaçan deyil. Onun ürəyinin döyünmə ritmlərində ciddi nasazlıq aşkarlanıb.

Kardioloqlar argentinalı ulduz futbolçunun futbol karyerasını bitirmək riskiylə qarşı-qarşıya olduğunu bildiriblər.

Məlumatlara görə, Serxio Aquero 10 gün əvvəl də məşq zamanı analoji problemlə üzləşib.