
Reklam
01 Noyabr 2021, 00:54
1223
“Araz-Naxçıvan” ÇL-da mübarizəni dayandırıb
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” oktyabrın 31-də qrupda sonuncu oyununu keçirib.
Ukraynada təşkil edilən qrup oyunlarında Kosovanın “Liqeni” komandası ilə qarşılaşan təmsilçimiz rəqibi ilə bərabərə qalıb, 6-6.
İsa Atayevin dubl etdiyi oyunda “Araz-Naxçıvan”ın digər qollarını Felipinyo, Maneka, Ramiz Çovdarov və David Qustavo vurublar.
Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Azərbaycan çempionu qrupu ikinci pillədə başa vuraraq turnirlə vidalaşıb.
Qrupdan növbəti mərhələyə isə hər 3 oyunda qələbə qazanan Ukraynanın “Uraqan” komandası yüksəlib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





