
Reklam
28 Oktyabr 2021, 10:05
792
“Barselona” Ronald Kumanı istefaya göndərib
İspaniyanın “Barselona” futbol klubu baş məşqçisi Ronald Kumanı istefaya göndərib.
Kataloniya təmsilçisindən verilən məlumata görə, qərar klubun ötən gün İspaniya La Liqasında “Rayo Valekano” komandasına səfərdə 0:1 hesabı ilə uduzmasından sonra verilib.
Qeyd edək ki, Ronald Kuman 19 avqust 2020-ci ildən “Barselona”ya rəhbərlik etməyə başlayıb. Komanda İspaniya çempionatının cari mövsümündə 10 matçdan sonra 15 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





