“Qəbələ” səfərdə “Keşlə”yə qalib gəlib – Premyer Liqa

Oktyabrın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Turun ikinci oyun gününün yeganə matçında “Keşlə” klubu “Qəbələ”ni qəbul edib. “ASK Arena”da keçirilən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qol 23-cü dəqiqədə qeydə alınıb. “Qırmızı-qaralar”ın heyətində Ruan Renato fərqlənib. Yeddi dəqiqə sonra “Qəbələ”nin kapitanı Asif Məmmədov fərqi iki topa çatdırıb. Matçın 38-ci dəqiqəsində “Keşlə”nin portuqaliyalı legioneri Aldair Neto fərqi azaltsa da, 59-cu dəqiqədə İsnik Alimi əyalət təmsilçisinin üçüncü qolunu vurub.

69-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Stefan Vukçeviç ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Qarşılaşmanın 90+7-ci dəqiqəsində Amil Yunanov “Keşlə”nin təsəlli qolunun müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran “Qəbələ” 3-cü pillədə qalıb. Paytaxt klubu isə 7 xalla 6-cı sıradadır.

SON XƏBƏRLƏR

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

BÜTÜN XƏBƏRLƏR