BAKU Azərbaycan
15.03 °C

“Qarabağ” Konfrans Liqasında növbəti qələbəsini qazanıb

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” Bakıda Qazaxıstanın “Kayrat” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda ilk fərqlənən tərəf “Kayrat” olub. Qonaq komandanın heyətində qarşılaşmanın 19-cu dəqiqəsində penaltidən Jose Kante fərqlənib.

Birinci hissəyə məğlub yollanan Qurban Qurbanovun yetirmələri oyunun ikinci yarısında geri dönüş etməyi bacarıblar. İlk öncə matçın 79-cu dəqiqəsində Ramil Şeydayev hesabı bərabərləşdirməyə nail olub. Görüşün əsas vaxtına əlavə edilmiş 1-ci dəqiqəsində Abbas Hüseynov komandasının ikinci qolunu vuraraq “Qarabağ”a qələbə qazandırıb.

Beləliklə, “Qarabağ” öz meydanında “Kayrat” üzərində əzmkar qələbə qazanmaqla qrupda xallarının sayını 7-ə çatdırıb.

Qeyd edək ki, Ağdam təmsilçisi növbəti matçını Qazaxıstanda yenidən “Kayrat”a qarşı keçirəcək.