Buğda unundan hazırlanan çörəyə dair dövlət standartı təsdiq edilib

İstehlakçıların yüksək keyfiyyətli (əla, 1-ci, 2-ci və kəpəkli un çörəyi) çörəklə təmin olunması üçün sərtləşdirilmiş tələbləri özündə ehtiva edən AZS 899:2021 “Buğda unundan hazırlanan çörək. Texniki şərtlər” dövlət standartı təsdiq edilib.

Standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən hazırlanıb.

Qeyd edək ki, son dövr ərzində çörək sənayesi sahəsində dayanıqlı keyfiyyət meyarlarının  təmin edilməsi məqsədilə  AZS 888:2020 – “Buğda. Texniki şərtlər.” və AZS 894:2021 – “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər.” dövlət standartları da qəbul edilib.

Standart layihələrinin müzakirəsində Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər.

Yeni dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq və regional standartlar əsasında hazırlanıb və təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

SON XƏBƏRLƏR

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

BÜTÜN XƏBƏRLƏR