Azərbaycan Premyer Liqasında VI turuna yekun vurulub

Oktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının VI turuna “Zirə” – “Sumqayıt” oyunu ilə start verilib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu 14-cü dəqiqədə “Zirə”nin belçikalı yarımmüdafiəçisi Loris Bronyo vurub.

Turun 2-ci matçında “Keşlə” klubu “Sabah”ı qəbul edib. “ASK Arena”dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Keşlə”nin ilk qolunu 3-cü dəqiqədə Merab Giqauri vurub. Matçın 90+5-ci dəqiqəsində isə Felipe Santos fərqlənib.

Şənbə günü keçirilən turun 3-cü matçında son çempion “Neftçi” “Səbail”in qonağı olub və qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıb. “Ağ-qaralar”ın heyətində Yusuf Laval 26-cı dəqiqədə hesabı açıb. Qonaqların yeni braziliyalı transferi Tiaqo Bezerra 45+1-ci və 78-ci dəqiqələrdə fərqlənməklə hesab arasındakı fərqi 3 topa çatdırıb. Matçın 90+5-ci dəqiqəsində Nikolas Raysel “Səbail”in təsəlli qolunu vurub.

Oktyabrın 3-də Premyer Liqanın 6-cı turunun oyunlarına “Qarabağ” – “Qəbələ” görüşü ilə yekun vurulub. “Azersun Arena”da keçirilən görüş Ağdam təmsilçilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qurban Qurbanovun yetirmələrinin heyətində Abdulla Zubir (52′) və Ramil Şeydayev (66′) fərqləniblər.

Qələbə sayəsində xallarının sayını 14-ə çatdıran “Qarabağ” liderliyə yüksəlib. Aktivində 13 xal olan “Neftçi” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Qəbələ” isə 11 xalla 3-cü pillədədir.

May
Turnir cədvəli

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR