“Vüqar Həşimov” klubu Avropa kubokunda növbəti qələbəsini qazanıb

İdman
24.09.2021 / 03:58
Şimalı Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kubokunun 6-cı turunun oyunları keçirilib.
Azərbaycanı turnirdə təmsil edən “Vüqar Həşimov” komandası bu turda Sloveniyanın “Sloven Ruma” klubu ilə mübarizə aparıb və görüşdən 4,5:1,5 hesablı qələbə ilə ayrılıb. Komandamızın heyətində Rauf Məmmədov, Vüqar Əsədli və Əhməd Əhmədzadə turu qələbə, Aydın Süleymanlı, Kiril Şevçenko və Ülvi Sadıqov heç-heçə ilə başa vurublar.
Digər zəka sahibimiz Nicat Abasov şərəfini qoruduğu “Silla” komandası isə turu məğlubiyyətlə başa vurub. Nicatın heç-heçə etdiyi oyunda ispanlar Rusiyanın “Mednyi Vsadnik” klubu ilə bacarmayıblar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay