BAKU Azərbaycan
14.03 °C

“Vüqar Həşimov” klubu Avropa kubokunda heç-heçə edib

Şimali Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kubokunda sentyabrın 21-də 4-cü turunun oyunları keçirilib.

Azərbaycanı turnirdə təmsil edən “Vüqar Həşimov” klubu bu turda qrosmeysterimiz Nicat Abasovun çıxış etdiyi İspaniyanın “Silla” komandası ilə üz-üzə gəlib. Komandamızın heyətində Ülvi Sadıxov görüşü məğlub başa vursa da, Kiril Şevçenko qələbə ilə yadda qalıb. Digər 4 oyunda tərəflərdən heç biri üstünlük əldə edə bilmədiyindən qarşılaşma heç-heçə başa çatıb.

Azərbaycanın digər qrosmeysteri Şəhriyar Məmmədyarovun heyətində mübarizə apardığı Şimali Makedoniyanın “Alkaloid” komandası bu turda Sloveniyanın “Maribor Poligram” yığmasını 5,5:0,5 hesabı ilə məğlub edib. Şəhriyar bu tur oynamayıb.

Qeyd edək ki, 38 komandanın mübarizə apardığı Avropa kubokunda 4 tur sonra aktivində 5 xal olan “Vüqar Həşimov” klubu 13-cü sırada qərarlaşıb