Premyer Liqada 4-cü tura bu gün yekun vurulacaq – NƏTİCƏLƏR

Sentyabrın 18-də futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

Turun açılış matçı Qəbələdə şəhərin eyniadlı komandası ilə “Səbail” arasında baş tutub. Qarşılaşma”Qəbələ”nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı-qaralar”ın heyətində Rövlan Muradov (65′), Ülvi İsgəndərov (83′), Ehtiram Şahverdiyev (89′), Rafael Utriq (90+1′) və İsnik Alimi (90+4′) fərqləniblər.

Həmin gün keçirilən ikinci matçda “Zirə” klubu “Sabah”la qarşılaşıb. “Zirə İdman Kompleksi”ndə keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Oyunda meydan sahiblərinin legioneri Mohamed Hamdaui 49-cu dəqiqədə hesabı açıb. “Sabah”ın futbolçusu Şpiro Periçiç 83-cü dəqiqədə qonaqların bərabərlik qoluna imza atıb.

IV turun daha bir oyunu sentyabrın 19-da baş tutub. Son ölkə çempionu “Neftçi” “Balcell Arena”da autsayder “Keşlə”ni qəbul edib. Matç meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolları 36-cı dəqiqədə Sezar Meza Kolli, 50-ci dəqiqədə “ağ-qaralar”ın yeni transferi Ramon Maçado və 68-ci dəqiqədə İsmayıl Zülfüqarlı vurub.

Qeyd edək ki, tura sentyabrın 20-də keçiriləcək “Qarabağ” – “Səbail” matçı ilə yekun vurulacaq. “Azərsun Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR