
Reklam
17 Sentyabr 2021, 09:41
709
Braziliyada məhkəmə itlərin də hüquqlarını qoruyacaq
Braziliyanın Parana ştatının məhkəməsi ilk dəfə olaraq itlərin keçmiş sahibləri tərəfindən pis rəftar nəticəsində dəymiş mənəvi ziyana görə kompensasiya almaq hüququnu tanıyıb.
Bu barədə məhkəmə məlumat bazasına istinadən “O Antagonista” nəşri məlumat yayıb.
Belə ki, Spayk və Rembo adlı itlər onları qanuni prosesdə təmsil edən QHT-lərlə birlikdə “iddialı tərəf” statusu alıb.
Məhkəmənin yekdilliklə qəbul etdiyi qərara əsasən onların hər biri mənəvi təzminat olaraq 2 min real (təxminən 400 ABŞ dollar – Red) tələb edə biləcək. İş yenidən baxılması üçün birinci instansiyaya göndərilib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





