BAKU Azərbaycan
25.03 °C

Mövsümün ilk “Neftçi” – “Qarabağ” duelindən Ağdam təmsilçisi qalib ayrılıb

Sentyabrın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasında III turun növbəti oyunu keçirilib.

GAZETTE xəbər verir ki, günün ilk görüşündə “Səbail” və “Sumqayıt” komandaları qarşılaşıblar.

“ASCO Arena”da baş tutan görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb – 1:0. Oyunda yeganə qolun müəllifi 64-cü dəqiqədə Cabir Əmirli olub.

Turun son, “Azərbaycan derbisi” aldandırılan matçında “Neftçi” ilə “Qarabağ” üz-üzə gəlib.

İlk hissəyə aktiv başlayan “Qarabağ” 21-ci dəqiqədə yeni transferi Vadji İbrahimanın sayəsində önə keçməyi bacarıb. Qarşılaşmanın 45-ci dəqiqəsində yenidən səhnəyə çıxan İbrahima Azərbaycan Premyer Liqasında ilk dubluna imza atıb.

Matçın ikinci yarısının əvvəlində son ölkə çempionu “Neftçi” hesab arasındakı fərqi minimuma endirib. Bakılıların kapitanı Emin Mahmudov 47-ci dəqiqədə fərqlənib. Oyunda hər iki tərəfin cəhdlərinə baxmayaraq hesab dəyişməyib və beləliklə, “Qarabağ” 30 yaşlı ölkə derbisinin qalibi olub.

Qeyd edək ki, Premyer Liqasın III turu çərçivəsində sentyabrın 11-də keçirilən qarşılaşmalarda “Qəbələ” “Sabah”dan, “Zirə” isə “Keşlə”dən üstün olmuşdu. Hər iki qarşılaşmada qapılara 2 top vurulmuşdu.

May

Başa çatan oyunlardan sonra Premyer Liqada turnir cədvəlinə “Qarabağ” və “Qəbələ” klubları başçılıq edirlər. 3 turdan sonra hər iki komandanın aktivində 7 xal var. 6 xala malik “Səbail” və “Sumqayıt” turnir cədvəlində 3 və 4-cü pillələrdə yer alıblar. “Neftçi” və “Zirə” geridə qalan 3 tur sonrası yalnız 4 xal toplamaqla 5 və 6-cı yerləri bölüşürlər. Ölkə çempionatında hələ də xal toplamağı bacarmayan “Keşlə” və “Sabah” müvafiq olaraq 7 və 8-ci pillələrdə qərarlaşıblar.