BAKU Azərbaycan
13.03 °C

Təsnifatdan çempionluğa – Emma Radukanu

“Böyük Dəbilqə” seriyalı “US Open” tennis turnirdə qadınların mübarizəsində çempion müəyyənləşib.

GAZETTE xəbər verir ki, Nyu-Yorkun “Arthur Ashe” tennis arenasında keçirilən final qarşılaşmasında kanadalı 19 yaşlı Leyla Fernandezlə Böyük Britaniya təmsilçisi 18 yaşlı Emma Radukanu üz-üzə gəliblər.

22 il sonra baş tutan və 1 saat 51 dəqiqə davam edən “gənclər finalı”nda L.Fernandezə 2-0 (6-4; 6-3) hesabı ilə qalib gələn Radukanu ilk dəfə “US Open”da çempion adına yiyələnib.

Qeyd edək ki, turnirə təsnifat mərhələsindən başlayaraq ardıcıl 10 görüşdə rəqiblərinə 1 set belə vermədən qalib gələn E.Radukanu 1968-ci ildən sonra “Böyük Dəbilqə” seriyalı turnirlərdə qalib gələn ilk britaniyalı qadın raketka ustası olub.

Raducanu
Emma Radukanu
2021
Leyla Fernandez