BAKU Azərbaycan
12.03 °C

“Qəbələ” “Sabah”dan, “Zirə” isə “Keşlə”dən üstün olub – VİDEO

Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasının III turuna start verilib.

GAZETTE xəbər verir ki, turun açılış görüşü “Bank Respublika” stadionunda “Sabah” və “Qəbələ” komandaları aralarında baş tutub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qırmızı-qaralar”ın heyətində qolları 53-cü dəqiqədə Yaovi Akakpo, 90+2′ dəqiqədə  Ülvi İsgəndərov vurublar.

Günün digər qarşılaşmasında isə “Zirə” səfərdə “Keşlə” ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

“ASK Arena”da baş tutan və meydan sahiblərinin oyunçusu Anatole Abanqın 28-cı dəqiqədə qırmızı kart aldığı matçda Davit Volkov (63′, 72′) dublla yadda qalıb.

Qeyd edək ki, III tur çərçivəsində daha 2 görüş bu gün keçiriləcək.

12 sentyabr (bazar) 

18:00. “Səbail” – “Sumqayıt
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev
Stadion: “ASCO Arena”.

20:30. “Neftçi” – “Qarabağ
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Kamal Umudlu
Stadion: “Bakcell Arena”.