İİB Qrupu ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 46-cı İllik Toplantısı çərçivəsində Bankın yeni seçilmiş prezidenti Məhəmməd Süleyman Əl-Casir və həmkarları ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən GAZETTE-yə daxil olan məlumata görı, bankın prezidentinə fəaliyyətində uğurlar arzulayan nazir müavini Azərbaycanın İslam İnkişaf Bankı, eləcə də İİB Qrupuna daxil olan digər qurumlarla əlaqələrə xüsusi önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Elnur Əliyev tarixi və əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin yeni  reallıqlar yaratdığını qeyd edib, Qarabağda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması və “yaşıl enerji zonası”nın yaradılması üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycanla əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb, Bankın Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlı olduğunu ifadə edib.

Görüşdə Azərbaycan İnvestisiya Şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə tərəfdaşlıq imkanları, Qarabağ Dirçəliş Fondu və İslam İnkişaf Bankının Birgə Fondunun yaradılması və işğaldan azad edilmiş ərazilərimizin bərpası, həmçinin dayanıqlı inkişafı istiqamətində Fondun imkanlarından istifadə etməklə birgə layihələrin həyata keçirilməsi, Bankın əhatə etdiyi ölkələr üzrə potensial sərmayədarlara Azərbaycan şirkətlərinin investisiya layihələrinin təqdimatı məqsədilə tədbirlərin təşkili və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR