Poliklinikanın şüşəsini sındıran şəxsə qarşı cinayət işi başlanıb

Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, ictimai rəyi çaşdırmağa yönələn halların qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən digər dövlət qurumları ilə birgə fəaliyyət davam etdirilir.

Baş prokurorluğun mətbuat xidmətindən GAZETTE-yə daxil olan məlumatda bildirilir ki, avqustun 31-də saat 18 radələrində paytaxtın Xətai rayonunda yerləşən 7 saylı Şəhər poliklinikasının qarşısında vaksinasiya növbəsində bir qrup şəxsin ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərinə yol verməsi ilə bağlı Səhiyyə Nazirliyinin müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır.

Müəyyən edilmişdir ki, Ağayev Ceyhun Tofiq oğlu vaksinasiya növbəsini gözləyərkən internet şəbəkəsinin zəif olması səbəbindən ona köməklik göstərilməməsini bəhanə edib poliklinikanın qapısının şüşəsini sındıraraq həyat yoldaşı Ağayeva Rəna Qəhrəman qızı ilə birlikdə içəri daxil olub orada işləyən tibb personalının ünvanına nəlayiq ifadələr işlətmiş və Terapiya şöbəsinin müdiri Afət Əzimova, sahə həkimi Aynur Məmmədova və həkim Günel Nuriyevaya qarşı zor tətbiq etməklə onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişlər.

Fakta görə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılmışdır.

İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilməklə təqsirli şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR