Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş şəxslərə həsr olunmuş konfrans keçirilib – FOTO

Avqustun 30-da Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü münasibətilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş şəxslərə həsr olunmuş konfrans baş tutub.

XİN-in mətbuat xidmətindən GAZETTE-yə verilən məlumata görə, tədbirdə Azərbaycanın Xarici İşlər Nazirliyinin struktur bölmə rəhbərləri və ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edib.

Tədbirdə salamlama nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Universitetin post-münaqişə mərhələsində Qarabağın bərpası, dirçəlişi, habelə məcburi köçkünlərin öz doğma evlərinə geri qayıdışı ilə əlaqədar Universitet tərəfindən tədbirlərin təşkilini qeyd edib. O, itkin düşmüş şəxslərlə bağlı mövzunun dünya ictimaiyyətin diqqətinə çatdırılması baxımından konfransın əhəmiyyətini vurğulayıb.

Konfransın panel müzakirələrində çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın təcavüzkar siyasəti çərçivəsində beynəlxalq humanitar hüquq prinsiplərinin kobudcasına pozulduğu, mülki və hərbi şəxslərin əsir və girov götürülməsi təcrübəsindən geniş istifadə olunduğu, əsirlərin məhv edilməsi siyasətinin sistematik şəkildə həyata keçirildiyi, habelə itkin düşmüş şəxslər ilə bağlı məsələnin hüquqi aspektləri, bu xüsusda beynəlxalq təşkilatlarla əməkdaşlıq və s. barədə ətraflı məlumatı təqdim edib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri İsmayıl Axundov öz çıxışında Ermənistan işğalçı siyasəti çərçivəsində soyqırımı və etnik təmizləmə kimi insanlıq əleyhinə cinayətlərin törədildiyi, girov götürülmüş mülki əhali ilə qeyri insani rəftar, itkin düşmüş azərbaycanlılar ilə bağlı məlumatların toplanılması, bu şəxslərin vətənə qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi, aidiyyəti yerli qurumlar ilə və beynəlxalq təşkilatlar ilə əlaqələndirmə işlərinin səmərəli təşkili istiqamətində Dövlət Komissiyasının fəaliyyəti barədə ətraflı danışıb.

Daha sonra Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edərək, tədbir iştirakçılarına Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsini diqqət mərkəzində saxlamaqla onlara qarşı qeyri-insani və ya ləyaqəti alçadan rəftar və cəza hallarının aradan qaldırılması, xüsusilə də onların azad edilərək ölkəmizə təhvil verilməsi istiqamətində fəaliyyətin beynəlxalq təşkilatlar, o cümlədən humanitar qurumlarla əməkdaşlıqda həyata keçirildiyi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer çıxış edib. O, çıxışında on illiklər ərzində BQXK-nın itkin düşmüş şəxslər ilə bağlı məsələnin humanitar nəticələrinin cavablandırılması istiqamətində müvafiq dövlət qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyi qeyd edib. Ötən ilin sentyabr ayında baş vermiş hərbi əməliyyatlardan sonra itkin düşmüş şəxslər mövzusunu həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduğunu söyləyən BQXK təmsilçisi itkin düşmüş şəxslər ilə bağlı məlumatın əldə edilməsi istiqamətində Dövlət Komissiyası ilə aparılan fəaliyyəti vurğulayıb. 

Konfransın panel müzakirəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin 1993-ci ilin 31 mart tarixində Kəlbəcər rayonunu işğal edərkən ailəsi itkin düşmüş, girovluqdan azad olunan Əliyev Müşfiqin acı həyat hekayəsi dinlənilib.

Çıxışlardan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ərsəyə gətirilən film nümayiş etdirilib. Filmin nümayişindən sonra sual-cavab sessiyası ilə konfrans öz işini başa vurub. 

Tədbirdən sonra konfrans iştirakçıları əsir və itkin düşmüş azərbaycanlılara dair foto və kitab sərgisi ilə tanış olublar.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR