BAKU Azərbaycan
25.03 °C

“Zirə” – “Qarabağ” matçında qalib müəyyənləşməyib – VİDEO

Avqustun 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turunun növbəti oyunu keçirilib.

Gazette.az xəbər verir ki, günün ilk matçında “Zirə” komandası “Qarabağ”ı qəbul edib. Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş hakim Rauf Cabbarov idarə etdiyi oyunda “Zirə”nin heyətində Təmkin Xəlilzadə,  rəqib komandadan isə İsmayıl İbrahimli fərqləniblər.

“Zirə” – “Qarabağ” – 1:1
Qollar:
 İsmayıl İbrahimli, 18 (0:1), Təmkin Xəlilzadə, 52-pen. (1:1)