Azərbaycanda “Xəzər günü” qeyd olunur

2006-cı il avqustun 12-də Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il bu tarix Xəzər günü kimi qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Gazette.az-a bildiriblər ki, Xəzər günü üç tərəfdən Xəzər dənizinin əhatəsində yerləşən Abşeron Milli Parkında “Xəzərin mühafizəsində birik, birlikdəyik!” devizi altında qeyd olunub.

Xəzər dənizinin və sahil zolağının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq məqsədilə keçirilən tədbirdə Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan 50-dək könüllü iştirak edib.

İştirakçılara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Xəzərin ekoloji problemləri, görülən işlər, aparılan monitorinqlər barədə məlumat verilib, dənizin çirkləndirilməsinin qarşısının alınmasında ictimaiyyətin böyük rolu olduğu bildirilib.

Daha sonra Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Səyyar Laboratoriyası vasitəsilə su nümunələri üzərində aparılan analizlər əyani olaraq könüllülərə nümayiş etdirilib.

Xəzər Günü Abşeron yarımadasını ən ucqar şərq nöqtəsində Xəzərlə birləşdirən “Şah Dili”yə səyahətlə yekunlaşıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR