Sumqayıtda havanı çirkləndirən müəssisələr cəzalandırılıb

Sumqayıt şəhərində havada tüstünün, xoşagəlməz qoxunun qeydə alınması, atmosferin çirklənməsi son zamanlar vaxtaşırı müşahidə edilir.

Gazette.az xəbər verir ki, bunu ETSN yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, Xidmətin əməkdaşları tərəfindən Sumqayıt şəhərinin müxtəlif ərazilərində yerləşən müəssisələrdə təkcə bu həftə ərzində 3 dəfə monitorinq keçirilib, müasir cihazlarla havanın tərkibi yoxlanılıb. Əvvəlki günlər keçirilən monitorinqlər zamanı göstəricilər norma daxilində olsa da, 5 avqust 2021-ci il tarixində gecə saatlarında mütəxəssislər tərəfindən keçirilən monitorinqlər zamanı Sumqayıt Kimya Sənaye Parkı ərazisində fəaliyyət göstərən “Baku Non Ferrous and Foundry Company” MMC və H.Z.Tağıyev adına qəsəbədə fəaliyyət göstərən yağ zavodundan atmosferə normadan artıq hidrogen-sulfidin atıldığı müəyyən edilib.

Hikmət Əlizadə” “Faktla bağlı hər iki müəssisə barəsində akt və protokol tərtib olunub və onların hüquqi şəxs qismində 10 500 manatdan 12 500 manatadək cərimələnmələri üçün toplanmış sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Digər bir neçə müəssisədə də günün müxtəlif saatlarında, eyni zamanda, gecə saatlarında monitorinqlər keçirildi və nəticələr norma daxilində müəyyən olundu”.

Xidmət rəsmisi Sumqayıt məişət tullantılarının idarə olunması poliqonun istismarı prosesindəki pozuntulara da toxunub.

“Sumqayıtda havanın çirklənməsinin əsas mənbəyi Sumqayıt məişət tullantılarının idarə olunması poliqonudur. Buna görə, poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC tərəfimizdən dəfələrlə cərimə olunub, onlara məcburi göstərişlər verilib. 2020-ci ildə 6800 manat, 2021-ci ilin 7 ayı ərzində isə 4800 manat məbləğində cərimə tətbiq edilib. Lakin edilən cərimələrə baxmayaraq, problem hələ də həllini tapmır. Bu gecə poliqon ərazisində yenidən monitorinq aparıldı və müəyyən olundu ki, orada yanğın baş verməsə belə, yenə də dəm qazının, hidrogen-sulfidin miqdarı normadan dəfələrlə artıq olması, tullantı kütləsinin tüstülənməsi şəhər ərazisində xoşagəlməz iy-qoxunun yayılmasına səbəb olur”.

Xidmət rəsmisi qeyd edib ki, istehsalat müəssisələrində, böyük fabriklərin fəaliyyətində, xüsusən kimyəvi maddələrin istifadəsi zamanı gedən proseslərdə ətraf mühitə mənfi təsirlər olur. Bu cür müəssisələr fəaliyyətə başlamamışdan öncə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəy alır, ətraf mühitə təsiri qiymətləndirilir, ətraf mühitə yol verilə biləcək hədd müəyyənləşdirilir. Lakin həmin müəssisələr yol verilən həddən artıq ətraf mühitə təsir etdikdə tərəfimizdən onlar barəsində müvafiq cərimələr və digər sanksiyalar tətbiq edilir.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR