Azərbaycan, Türkiyə və Pakistan sədrləri Füzuli rayonunda səfərdə olublar – FOTO

İyulun 29-da Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər və rəhbərlik etdikləri nümayəndə heyətləri Füzuli rayonuna səfər ediblər.

Gazette.az-ın məlumatına görə, əvvəlcə qonaqlar Füzuli şəhərinin mərkəzinə baş çəkiblər. Məlumat verilib ki, Ermənistan işğal altında saxladığı Füzuli şəhərinin bütün infrastrukturu, yaşayış məntəqələri erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb.

Daha sonra qonaqlar yeni tikilən “Füzuli” yarımstansiyasında olublar. Onlara bildirilib ki, Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla, Füzuli şəhərində və ətraf kəndlərdə inşa ediləcək müxtəlif təyinatlı binalar və bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Burada spikerlər Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR