BAKU Azərbaycan
25.03 °C

“Boccia” idman növü üzrə “SeniCup” Azərbaycan Çempionatı “Zəfər Turniri” keçirilib

Dekabrın 13-də “Boccia” idman növü üzrə “SeniCup” Azərbaycan Çempionatı “Zəfər Turniri” keçirilib. Milli Paralimpiya Komitəsi, Boccia İdman Federasiyasının təşkilatçılığı ilə “Boccia” idman növü üzrə ölkə çempionatının final mərhələsi Bakı İdman Sarayında baş tutub. Açılış mərasimi Boccia İdman Federasiyasının idmançıları və Vətən müharibəsinin qaziləri ilə birlikdə “Hərbi parad” daha sonra Dövlət Himni ilə davam edib.

Final mərhələsinə qədər idmançılar 1 saylı sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində yarışın seçmə mərhələsində iştirak ediblər. Yarışda müxtəlif regionlardan 50-dən çox müxtəlif kateqoriyalı idmançılar öz güclərini sınayıblar. Tədbirdə Milli Məclisin deputatları, idmançılar, paralimpiyaçılar, Vətən müharibəsinin qaziləri iştirak ediblər.

Yarışın sonunda qalib olan idmançılar rəsmilər tərəfindən hədiyyə və diplomlarla təltif olunublar. Daha sonra xatirə şəkli çəkdirərək tədbir yekunlaşıb.

“Boccia” idman növü üzrə “2021 SeniCup” Azərbaycan Çempionatının qalibləri:

BC-1

1-ci yer Canıyev Qalib

2-ci yer Qəribov Fuad

3-cü yer Məmmədova Münəvvər

BC-2

1-ci yer Ağayeva Sona

2-ci yer Kərimov Orxan

3-cü yer Cəfərova Gülnar

BC-3

1-ci yer Hüseynov Qafqaz

2-ci yer Süleymanov Samir

3-cü yer Yüsifli Qüdrət

BC-4

1-ci yer İslamov Xəyal

2-ci yer Mirzəyev Bəhruz

3-cü yer Veysəlov Zaur

BC-5

1-ci yer Əliyev Ramid

2-ci yer Əmrahlı Vüsal

3-cü yer Hacıyev Şəhriyar