Pauerlifterimiz Dünya çempionatının qızıl medalını qazandı!
Paralimpiya
27.11.2021 / 20:00
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının üzvü Leyla Kərimova (+86 kq) Gürcüstanın Tbilisi şəhərində keçirilən pauerliftinq idman növü üzrə Dünya çempionatında gənclər arasında keçirilmiş yarışda 62 kq ağırlıq qaldıraraq qızıl medal qazanıb.