Vilayət Eyvazov polkovnik-leytenantı rəis təyin etdi
Ölkə
29.06.2022 / 12:11
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Tural Nəzərov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, Tural Nəzərov bundan əvvəl 15-ci polis bölməsində rəis müavini olub.
Manset.az