BAKU Azərbaycan
31.03 °C

Pauerliftinq üzrə 5 qat dünya çempionu Rövşən Xəliov FHN-nin minaya düşən zabiti, kapitan Süleyman Heydərovu ziyarət edib

Pauerliftinq üzrə 5 qat dünya, 3 qat Avropa çempionu, dünya rekordçusu, Azərbaycan və beynəlxalq dərəcəli usta, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin zabiti leytenant Rövşən Xəliov FHN-nin bu ilin may ayının 13-də Ağdamda minaya düşən zabiti  kapitan Süleyman Heydərovu ziyarət edib.

Xatırladaq ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin zabiti kapitan Süleyman Heydərov mayın 13-də Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb.