Nur Sultan-Aktobe-Bakı istiqamətində aviareyslər həyata keçiriləcək
Ölkə
24.06.2022 / 23:20
Qazaxıstanın "Qazaq Air" aviaşirkəti Nur Sultan-Aktobe-Bakı istiqamətində aviareyslərə başlayır.
Gazette.az xəbər verir ki, aviareyslər iyulun 7-dən etibarən həyata keçiriləcək.
Məlumata görə, aviareyslər həftədə iki dəfə, cümə axşamı və bazar günü yerinə yetiriləcək.
Biletlərin qiyməti bir tərəf üçün 57 min qazax tənqəsi təşkil edir.