BAKU Azərbaycan
16.03 °C

Pakistan Prezidenti Vətən müharibəsindəki Qələbə münasibətilə Azərbaycanı Prezidentini təbrik edib

Pakistan Prezidenti Arif Alvi Azərbaycanı və Azərbaycan Prezidenti İlham Əliyevi Vətən müharibəsindəki Qələbəsi münasibətilə təbrik edib.

Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxış edən Pakistan Prezidenti deyib ki, fürsətdən istifadə edib Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Prezident Əliyevi bir daha təbrik etmək istərdim.

“Onun bu işə töhfəsini çox yüksək qiymətləndirirəm”,- deyə Pakistan Prezidenti vurğulayıb .